Yaponiya millisinin keçmiş futbolçusu Şinji Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi PAOK-da çıxış edəcək. Saloniki təmsilçisi təcrübəli futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.
Dortmund "Borussiya"sındakı çıxışı ilə məşhurlaşan yaponiyalı futbolçu ötən ilin oktyabrında İspaniyanın "Saraqosa" klubundan ayrılmışdı.