"Mançester Yunayted" futbolçusu Odion İqalo ilə yolları ayırıb.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçu ilə başa çatan icarə müqaviləsinin müddəti uzadılmayıb. Beləliklə, o, müqavilə ilə məxsus olduğu Çinin "Şanxay Şenxua" klubuna qayıdıb.
Qeyd edək ki, İqalo ötən ilin yanvarında icarə əsasında "Mançester Yunayted"ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.