İspaniya “Vilyarreal”ının baş məşqçisi Unay Emeri futbol klubu alır.
Newsport.az saytının məlumatına görə, mütəxəssis “Real Union” klubuna sahib olmağa qərar verib.
İrun şəhərinin təmsilçisi üçüncü divizion hesab edilən B Sequndasında çıxış edir. Alqı-satqıda Emerinin özü deyil, vəkili Xosu Reta təmsil olunur.
“Real Union” İspaniya çempionatının əsasını qoyan klublardan biridir. La Liqanın ilk mövsümündə iştirak edən komanda 1913-27-ci illərdə 4 dəfə İspaniya kubokunun qalibi olub.
Qeyd edək ki, Emerinin atası Xuan və babası Antonio bu komandada oynayıb. Antonio ölkə kubokunu da qazanıb. Onların hər ikisi qapıçı olub.