"Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr"

Argentinanın millisinin sabiq qapıçısı Huqo Qatti "Barselona"nın futbolçusu Lionel Messinin cəza səbəbindən La Liqanın 20-ci turunda "Elçe"yə qarşı matçı (2:0) buraxmasını şərh edib.

Newsport.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında bununla bağlı deyib:

“Messi oynamadığı zaman "Barselona" güclü tərəflərindən istifadə edərək qələbə qazanır.  Futbolun məqsədi qazanmaqdır. Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr".

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm La Liqada 17 oyunda 11 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right