“Real” Kilian Mbappenin transferinə görə çətinliklə üzləşib.
Newsport.az xəbər verir ki, “kral klubu” 22 yaşlı hücumçunun keçidi üçün onun tələblərini ödəyə bilmir. Oyunçu hazırda PSJ-də illik 21 milyon avro qazanır. Madrid təmsilçisi də Mbappe üçün eyni məbləği ödəməyə hazırdır. Lakin rəhbərlik fransalı oyunçuya daha artıq məvacib təklif edə bilmir. PSJ isə Mbappeyə Neymarla eyni əməkhaqqını (36 milyon avro) ödəməyə hazırdır.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.