Vaskes "Real"ın təklifini rədd etdi

"Real"ın müdafiəçisi Lukas Vaskes klubun yeni müqavilə təklifini rədd edib.

Newsport.az-ın məlumatına görə, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb. Madrid təmsilçisi 29 yaşlı müdafiəçiyə hazırkı maaşının saxlanılması ilə 3 illik yeni müqavilə təklif edib. İspaniyalı oyunçu isə daha çox məvacib istədiyi üçün bunu qəbul etməyib.

Qeyd edək ki, Vaskes bu mövsüm 16 matça çıxaraq, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right