"Barselona"da özümü komfort hiss etmirəm"

"Barselona"nın müdafiəçisi Serdjino Dest hazırda komandasında özünü yaxşı hiss etmədiyini deyib.

Newsport.az-ın məlumatına görə, o bildirib:

"Mənə özümə inamı qaytarmaq vacibdir. Bu halda əvvəlkitək oynaya, öz potensialımı qaytara biləcəyəm. İndi isə özümü komfort hiss etmirəm".

Xatırladaq ki, 20 yaşlı Dest "Barselona"ya 2020-ci ilin yayında "Ayaks"dan keçib (21 milyon avroya). Amerikalı futbolçu bu mövsüm 21 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right