“Atletiko” hücumçusunu icarəyə verdi

Madrid “Atletiko”su hücumçusu İvan Şaponyiçi icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı serb futbolçu La Liqanın digər təmsilçisi “Kadis”ə icarəyə göndərilib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İcarə müddəti altı ay təşkil edir.

Şaponyiç bu mövsüm “Atletiko”da cəmi iki oyuna çıxıb. Yetirməsi olduğu “Partizan”la yanaşı, “Benfika” və “Sulte Varegem”də də oynamış futbolçu 2019-cu ildən Madrid təmsilçisindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right