"Gələcəyim özümdən asılı deyil, bu sual mənə çox verilir" Lempard

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Lester”ə 0:2 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ingilis mütəxəssis “zadəganlar”dakı gələcəyi haqda da fikirlərini bildirib:

“Çox yaxşı formada olan komandaya məğlub olduq. Heyətimizdə lazım olan qədər yaxşı oynamayan futbolçular var. Öz mövqeyini tutmağa çalışan yeni futbolçularımız var. Layiqli mübarizə aparmalıyıq.

Komandadakı gələcəyim məndən asılı deyil. Bu sual mənə çox verilir. Klubun gözləntiləri var, amma bu, nə dərəcədə realdır, bilmirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right