"Barselona" hələ də pulumu ödəməyib" Setyen

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen hələ də Kataloniya klubundan tələb etdiyi təzminatı ala bilmir.

Newsport.az AS-a istinadən xəbər verir ki, bu barədə 62 yaşlı mütəxəssis özü danışıb. İspaniyalı çalışdırıcı "Barselona"dan tələb etdiyi təzminatın ödənilmədiyini və hələ də gözlədiyini bildirib: "Barselona" hələ də mənə pul ödəməyib. Gözləyirik".

Setyen istefaya göndərildikdən sonra məşqçinin vəkilləri qarşı tərəfdən 4 milyon avro verilməsini tələb edir.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunan Setyen komandanın uğursuz nəticələrinə görə avqustunda istefaya göndərilmişdi.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right