“Real”ın əfsanəvi hücumçusu koronavirusa yoluxdu

Futbol üzrə İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, hazırda “kral klubu”nun ikinci komandası olan “Kastilya”nı çalışdıran veteran hücumçu karantinə alınıb.
 
44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.
 
Qeyd edək ki, 1994-2010-cu illərdə “Real”ın formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right