"Barselona"nın qapıçısı Neto bu qış transfer pəncərəsində klubdan onu satmasını xahiş edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman məlumat verib. O bildirib ki, komandanın ikinci qapıçısının bu istəyini rədd ediblər:
"Agenti bizdən Netonu sərbəst buraxmağımızı istədi, amma rədd etdik. O, bizim üçün vacib bir oyunçudur, bütün mövqelərin tamamlanmasını istəyirik".