"Barselona" Messisiz ardıcıl 10 oyundur uduzmur

"Barselona" kapitanı Lionel Messi olmadan ardıcıl 10 matçdır məğlub olmur.

Newsport.az-ın məlumatına görə, bu barədə "Opta Sports" məlumat yayıb.

Kataloniya klubu son olaraq dünən İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"la görüşdə argentinalı hücumçu oynamadan qələbə qazanıb (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:2).

Bundan əvvəl Messinin meydana çıxmadığı 9 görüşündə 7-də isə "Barselona" qələbə qazanıb, 2-də heç-heçə edib.

Messi zədə səbəbindən Superkubokun final qarşılaşmasını da buraxa bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right