Bu ay "Səbail"dən ayrılan Baxtiyar Rahmaninin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, iranlı yarımmüdafiəçi İsveçin aşağı liqa təmsilçisi "Dalkurd"a keçib. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən ilin noyabrından "Səbail"də çıxış edən Rahmaninin qarşılıqlı razılaşma əsasında bu yay başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilmişdi.