İspaniya La Liqasında çıxış edən “Hueska”nın yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, komandanı Xose Roxo Martina Paketa çalışdıracaq.
52 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Paketa bu vəzifədə Miçeli əvəzləyib.
Qeyd edək ki, 18 oyunda 12 xal toplayan komanda sonuncu pillədə qərarlaşıb.