"Barselona"nın prezidentliyinə namizədlərdən Aqusti Benedito seçkilərdə iştirak etməyəcək.
Newsport.az-ın məlumatına görə, funksioner kifayət qədər səs toplaya bilmədiyi üçün bu addımı atıb.
Beneditonun namizədliyini geri götürməsindən sonra bu vəzifəyə iddialı 3 nəfər qalıb. Bunlar Xuan Laporta, Viktor Font və Luis Fernandezdir.
Aqusti Benedito daha əvvəl yerli mətbuata açıqlamasında Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin yayda komandanı tərk edəcəyini söyləmişdi.
"Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.