“Barselona”nın futbolçusu Lionel Messi 2021-ci ilə uğurla başlayıb.
Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilk 3 matçda 4 qol vurmağı bacarıb.
Argentinalı oyunçu “Qranada” (4:0) və “Atletik”lə (3:2) görüşlərdə dubl edib. O, yalnız “Hueska” ilə qarşılaşmada (1:0) fərqlənə bilməyib.
Messi son dəfə 2016-cı ildə ilə indikindən daha uğurlu start verib. Futbolçu həmin vaxt ilk 3 oyunda 5 qol vurub.
Qeyd edək ki, Messi bu mövsüm “Barselona” ilə toplam 21 matça çıxaraq, 14 qol vurub və 6 qolun ötürməsini verib.