“Barselona”nın futbolçusu zədələndi

“Barselona”nın futbolçusu Ronald Arauxo zədələnib.
 
Newsport.az xəbər verir ki, 21 yaşlı müdafiəçi La Liqanın 18-ci turunda “Qranada” ilə matçdan (4:0) əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən xəsarət alıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyunçunun qarşılaşmada iştirakı nəzərdə tutulsa da, onu Samuel Umititi əvəz edib.
 
Tibbi müayinədən sonra uruqvaylı futbolçuya budarxası əzələlərin gərginliyi diaqnozu qoyulub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə bildirilməyib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right