"Sumqayıt" daha bir iranlı futbolçu transfer edir

"Sumqayıt"  qış fasiləsində növbəti transferə hazırlaşır.

Newsport.az "Persianfootball" nəşrinə istinadən xəbər verir ki, “kimyaçılar” iranlı futbolçu Höccət Haqverdi ilə razılıq əldə edib.

İranın "Paykan" klubu ilə yollarını ayıran 28 yaşlı mərkəz müdafiəçisi ilə tezliklə müqavilə imzlanacağı bildirilib.

Qeyd edək ki, “Sumqayıt”da İrandan olan Adəm Hətami və milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan Əli Qurbani də çıxış edir.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində "Neftçi"dən Cabir Əmirlini də icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right