İngiltərə Kubokunda 1/32 final mərhələsinin oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa komandalarından "Çelsi" "Morikambe" ilə qarşılaşıb. "Zadəganlar" darmadağınla qalib gəlib- 4:0.
"Mançester Siti" "Birminqem Siti" üzərində böyükhesablı qələbə qazanıb- 3:0.
"Tottenhem" isə "Marin"in qapısından nə az, nə çox, düz 5 cavabsız qol keçirməyi bacarıb.
Beləliklə, "Tottenhem", "Mançester Siti" və "Çelsi" 1/16 finala vəsiqə qazanıb.
İngiltərə kuboku, 1/32 final
"Çelsi" - "Morikambe" - 4:0
Qollar: Mount, 18, Verner, 44, Odoi, 49, Havertz, 85
"Mançester Siti" - "Birminqem Siti" - 3:0
Qollar: Silva, 8, 15, Foden, 33
"Marin" - "Tottenhem" - 0:5
Qollar: Vinisius, 24, 30, Moura, 32, Vinisius, 37, Devin, 60