Mourinyo "Real"ın hansı futbolçusunu istəyir?

“Real” futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Tottenhem” 22 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

London klubunun baş məşqçisi Joze Mourinyo Militaonu komandasında görməyə israrlıdır.“Real” isə futbolçunu yalnız sərfəli şərtlərlə satmağa hazırdır.

Madrid təmsilçisi braziliyalı oyunçuya görə qarşı tərəfdən təxminən 30 milyon tələb edir. Militao 2019-cu ildən “Real”da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right