"Barselona"nın futbolçusu Lionel Messi tarixi uğura imza atıb.
Newsport.az-ın məlumatına görə, La Liqanın 18-ci turunda "Qranada" ilə matçda (4:0) dubla imza atan 33 yaşlı hücumçu İspaniya çempionatı tarixində ardıcıl 15 mövsümdə ən az 10 qol vurmağı bacaran ilk oyunçu olub.
Bundan başqa, argentinalı hücumçu La Liqada 2020/21-də vurduğu qol sayını 11-ə çatdırıb və turnirin bombardirlər siyahısında birinci yerə yüksəlib.