"Bu oyun təxirə salınmalı idi" - Zidan

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 18-ci turunda "Osasuna" ilə qolsuz bərabərə qaldıqları səfər oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o deyib ki, pis hava şəraitinə görə bu görüş təxirə salınmalı idi:

"Pis iş gördük, amma belə bir meydanda əlimizdən gələni etdik. Bu, futbol deyildi. Madridə nə vaxt qayıdacağımızı da bilmirik.  Bu matç təxirə salınmalı idi, amma artıq gecdir. Oyun üçün şərtlər uyğun deyildi".

Xatırladaq ki, İspaniyada qar fırtınası səbəbindən matçın keçirildiyi yerə ciddi ziyan dəymişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right