“Barselona”nın futbolçusu zədələndi

“Barselona”nın futbolçusu Ronald Arauxo zədələnib.

Newsport.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi ötən gün La Liqanın 18-ci turunda “Qranada” ilə matçdan (4:0) əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən xəsarət alıb. Oyunçunun qarşılaşmada iştirakı nəzərdə tutulsa da. Onu Samuel Umititi əvəz edib.

Tibbi müayinədən sonra uruqvaylı futbolçuya budarxası əzələlərin gərginliyi diaqnozu qoyulub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə bildirilməyib.

Qeyd edək ki, Arauxo 2019-cu ildən Kataloniya klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right