İspaniya La Liqasında 18-ci turun matçları davam edir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.
Əvvəlcə, “Barselona” səfərdə “Qranada” ilə üz-üzə gəlib. Kataloniya klubu rəqibini darmadağınla məğlub edib- 4:0.
Günün digər matçında isə “Real” “Osasuna”nın qonağı olub. Qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, bu gün üçün nəzərdə tutulan digər oyun- "Atletiko" - "Atletik" görüşü Madriddəki güclü qar səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
La Liqa, 18-ci tur
“Qranada” – “Barselona” – 0:4
Qollar: Qrizmann, 12, Messi, 35, 42, Qrizmann, 63
“Osasuna” – “Real” – 0:0