"Milan"dan Çalhanoğluya yeni müqavilə təklifi

“Milan” futbolçusu Hakan Çalhanoğluya yeni müqavilə təklif etməyə hazırlaşır.

Newsport.az “Sky Sport”a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sözləşməni imzalayacağı halda İtaliya klubunda illik 3,5 milyon avro qazanacaq. Lakin türkiyəli oyunçu bundan iki dəfə çox maaş istəyir. “Milan” isə məbləği artırmaq niyyətində deyil.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm “Milan”ın heyətində 22 oyuna çıxaraq, 6 qol vurub və 9 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right