“Vulverhempton” futbolçusunu icarəyə verdi

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Ruben Vinaqreni icarəyə verib.
 
Newsport.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Famalikan” klubuna keçib.
 
Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Vinaqre mövsümün sonuna qədər “Famalikan”ın şərəfini qoruyacaq.
 
Portuqaliyalı müdafiəçi bundan əvvəl “Olimpiakos” klubunda icarədə idi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right