Ramosla daha bir klub maraqlanır

Bu yay “Real”la müqaviləsi başa çatacaq kapitan Serxio Ramosla maraqlanan daha bir klubun adı məlum olub.

Newsport.az "El Chiringuito"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Liverpul"un maraq dairəsinə düşüb.

Yurgen Kloppun əsas müdafiəçilərinin zədələnməsinə görə təcrübəli futbolçunu komandasında görmək istədiyi bildirilib.

İspaniya millisinin də kapitanı olan Ramos 2005-ci ildən Madrid klubunda çıxış edir. "Real" Ramosla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilmir. Onun 1 yanvar tarixindən etibarən istənilən klubla danışıqlar aparmaq hüququ var. Futbolçunu "Mançester Siti" də heyətinə cəlb etmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right