Vaskes "Real"ın təklifini rədd etdi

"Real"ın yarımmüdafiəçisi Lukas Vaskes Madrid təmsilçisinin onunla yeni müqavilə imzalamaq təklifini rədd edib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı oyunçu müqavilə şərtlərindən narazı qaldığı üçün bu addımı atıb. Tərəflər arasında danışıqların dayandırıldığı bildirilib.

Xəbərdə "Real"ın futbolçularla müqavilənin uzadılması ilə bağlı danışıqlarda  maliyyə məsələlərini nəzərə aldığı qeyd olunub. Vaskesin yayda komandanı tərk etməsi ehtimalının böyük olduğu vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right