İspaniya La Liqasında 17-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə bir matç keçirilib.
“Valensiya” doğma meydanda “Kadiz”lə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
"Valensiya" - "Kadiz" - 1:1
Qollar: Qomes, 79 – Lozano, 59
Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla "Atletiko" başçılıq edir. "Real" 36 xalla 2-ci, "Real" Sosyedad" 30 xalla 3-cüdür. "Kadiz" 20 xalla 10-cu, "Valensiya" 16 xalla 17-ci pillədə qərarlaşıb.