İspaniyanın “Atletik” klubunun yetirməsi Aytor Qandiaqi vəfat edib.
Newsport.az-ın məlumatna görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2019-cu ildən “Gernika”da çıxış edən 23 yaşlı futbolçu yol qəzasında dünyasını dəyişib. İdarə etdiyi avtomobil avtobusla toqquşan Qandiaqi hadisə yerində vəfat edib.