İspaniya La Liqasının 17-ci turunda hazırda “Ueska” ilə keçirilən görüş “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
Newsport.az-ın məlumatna görə, start heyətində meydana daxil olan argentinalı hücumçu La Liqada 500-cü matçına çıxıb. O, bunadək iştirak etdiyi 499 görüşdə 451 qol vurub, 197 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti bu ilin yayına qədərdir.