“Mançester Yunayted” qış transfer dövründə heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Newsport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” “Sevilya”nın futbolçusu Jul Kundeni transfer etmək niyyətindədir.
İspaniya klubu 22 yaşlı müdafiəçini satmaq istəməsə də, 80 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.
Kunde daha əvvəl “Mançester Siti”yə keçməyə yaxın olsa da, sonda bu transfer alınmayıb.
Fransalı futbolçunun “Sevilya” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.