"Real" Ramosla razılaşa bilmir

"Real” kapitanı Serxio Ramosla yeni müqavilə imzalamaq üçün razılıq əldə edə bilmir.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi ilə Madrid təmsilçisi maddi məsələlərdə anlaşa bilmir. “Kral klubu” koronavirus pandemiyasının büdcədə yaratdığı problemlərə görə futbolçuların maaşlarında ikinci dəfə kəsinti etmək niyyətindədir. “Real” Ramosla müqaviləni uzadarsa, bu sözləşmənin bəndlərində öz əksini tapacaq.

Qeyd edək ki, bu mövsüm Ramos bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub və 1 qolun  ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right