"Betis"in 3 futbolçusu koronavirusa yoluxdu

İspaniyanın “Betis” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
 

Newsport.az-ın məlumatına görə, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Kapitan Xoakin Sançes eləcə də Andres Quardado və Martin Montoyyanın COVİD-19 testinin pozitiv çıxdığı bildirilib. Hər üç futbolçu karantinə alınıb.
 
Qeyd edək ki, “Betis” bu gün La Liqanın 17-ci turunda “Sevilya” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 17:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right