"Barselona"nın sabiq futbolçusu reanimasiyaya düşdü

“Barselona”nın sabiq futbolçusu Eusebio Sakristanın başına bədbəxt hadisə gəlib.

Newsport.az-ın məlumatına görə, 56 yaşlı keçmiş yarımmüdafiəçi çərşənbə günü yıxılıb və nəticədə başından xəsarət alıb.

Son olaraq “Girona”da işləmiş ispaniyalı mütəxəssis Valyadoliddəki xəstəxanalardan birinə aparılıb. Onun beynində qan laxtası aşkarlandığı üçün əməliyyat edilib. Bundan sonra Sakristan reanimasiya şöbəsinə yerləşdirilib.

Sakristan 1988-95-ci illərdə “Barselona”da çıxış edib. O, çalışdırdığı “Girona” klubundan 2019-cu ildə ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right