"Mançester Yunayted" ilə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında 17-ci tura start verilib.
 
Newsport.az-ın məlumatına görə, yeni ilin ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Everton” doğma meydanda “Vest Hem”i qəbul edib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb - 1:0.

“Mançester Yunayted” isə evdə “Aston Villa”dan üstün olub - 2:1.

1 yanvar

İngiltərə Premyer Liqası, 17-ci tur
 
"Everton" – "Vest Hem" - 0:1
Qollar:
 Souçek, 86.
 
"Mançester Yunayted" – "Aston Villa" - 2:1
Qollar
: Marsyal, 40. B.Fernandes, 61-pen – Traore, 58.

Bu nəticələrdən sonra "Mançester Yunayted" 33 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Liverpul"un da xalları eynidir. "Everton" 29 xalla 4-cü, "Aston Villa" 26 xalla 6-cı, eyni xalı olan "Vest Hem" 10-cu pillədə qərarlaşıb.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right