“Arsenal”la “Mançester Yunayted”ə 1 qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

“Bernli” evdə “Şeffild Yunayted”i, “Arsenal” isə səfərdə “Brayton”u minimal hesabla üstələyib. “Lids” “Vest Bromviç”lə səfər oyununda 5 cavabsız qola sevinib. “Sauthempton” – “Vest Hem” görüşündə qapılara qol vurulmayıb.

“Mançester Yunayted” də doğma meydanda “Vulverhempton”la qarşılaşıb və son dəqiqə qolu ilə 3 xal qazanıb.

İngiltərə Premyer Liqası
16-cı tur

28 dekabr

Kristal Pelas – Lester 1:1
Qol: Zaha, 58 – Barnes, 83.

Çelsi – Aston Villa 1:1
Qol: Jiru, 34 – El-Qazi, 50.

Everton – Mançester Siti matçı təxirə salınıb

29 dekabr

Sauthempton – Vest Hem 0:0

Vest Bromviç – Lids 0:5
Qol: Soyers, 9-öz qapısına. Alioski, 31. Harrison, 36. Rodriqo, 40. Rafinya, 72.

Brayton – Arsenal 0:1
Qol: Lakazette, 66.

Bernli – Şeffild Yunayted 1:0
Qol: B.Mi, 32.

Mançester Yunayted – Vulverhempton 1:0
Qol: Reşford, 90+3.

30 dekabr

22:00 Tottenhem – Fulhem
00:00 Nyukasl – Liverpul





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right