Dieqo Kosta "Atletiko"dan ayrıldı

"Atletiko" Dieqo Kosta ilə yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. Bildirilir ki, ispan hücumçunun istəyi ilə Madrid təmsilçisi onunla müqaviləyə vaxtından əvvəl xitam verib. Razılığa əsasən, Kosta "Atletiko"nun La Liqa və ya Çempionlar Liqasındakı rəqibləri ilə razılığa gəlsə, kluba 15 milyon avro ödəyəcək.

32 yaşlı futbolçu 2017/2018 mövsümündə "Çelsi"dən "Atletiko"ya qayıtmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right