“Real”la “Barselona”nın futbolçularına “elçi düşdü”

“Xetafe” heyətinə “Real” və “Barselona”dan futbolçu cəlb etmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə La Liqa klubunun “Real”dan Takefusa Kubonu, “Barselona”dan isə Karles Alenyanı icarəyə götürmək istədiyi bildirilib.

Alenya bu mövsüm “Barselona” ilə iki oyuna çıxıb. Kubo isə icarə əsasında “Vilyarreal”da çıxış edir. “Vilyarreal” futbolçunun performansından razı qalmadığı üçün onu qış fasilsəində “Real”a geri göndərəcək.

“Xetafe” La Liqada 12-ci sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right