İngiltərə Premyer Liqasında XV tur başa çatıb.
Newsport.az-ın məlumatına görə, çempionatın lideri “Liverpul” gözlənilməz xal itkisi ilə üzləşib.
Son çempion autsayderlərdən biri “Vest Bromviç”lə ev matçında büdrəyib. “Vulverhempton”un “Tottenhem”lə görüşündə də eyni hesab qeydə alınıb.
“Vest Hem”lə “Brayton”un görüşündə də heç-heçə qeydə alınıb. Hərəyə 2 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Turnir cədvəlindəki qonşuların duelində “Lids” “Bernli”ni erkən qolla məğlub edib.
27 dekabr
“Lids” – “Bernli” – 1:0
Qol: Bemford, 5 (pen.)
“Vest Hem” – “Brayton” – 2:2
Qollar: Conson, 60, Souçek, 82 – Maupay, 44, Dank, 70
“Liverpul” – “Vest Bromviç” – 1:1
Qollar: Mane, 12 – Ajayi, 82
“Vulverhempton” – “Tottenhem” – 1:1
Qollar: Says, 86 - Ndombele, 1