"Neftçi"nin sabiq futbolçusu İqnasio Errera klubunu dəyişib.
Newsport.az-ın məlumatına görə, Ekvador "Muşuk Runa"sından ayrılan 33 yaşlı yarımmüdafiəçi bu ölkənin digər təmsilçisi "Aukas"a transfer olunub. Çilili oyunçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
İqnasio Errera 2017-2018-ci illərdə "Neftçi"də çıxış edib.