“Real” qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi Braziliyanın “Qremio” klubundan Pepe Kossanı almaq istəyir. “Kral klubu” 23 yaşlı futbolçuya görə qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.
Bu həftə “Real”ın skautlarının oyunçunun çıxışını izləyəcəyi bildirilib.
Qeyd edək ki, Kossa 2017-ci ildən “Qremio”da forma geyinir.