Cerrard “Liverpul”u çalışdırmaq istəyir

“Liverpul”un sabiq kapitani və hazırda “Reyncers”i çalışdıran Stiven Cerrard “mersisaydlılar”la işləmək istəyindən danışıb.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis “qırmızılar”ın baş məşqçisi olmağı xəyal etdiyini deyib:

“Bir gün “Liverpul”u çalışdırmaq istəyərəm? Əlbəttə ki, hə. Bu, xəyalımdır. Mənim üçün “Liverpul” hər şeyi ifadə edən klubdur. Dünyanın ən yaxşısı olmasa da, “Liverpul”un qapısından girdiyi andan etibarən inanılmaz olan bir baş məşqçimiz var. Son bir neçə ildə Yurgen Klopp komandaya çox uğur gətirdi. “Liverpul” fantastik bir formadadır. Bunun mümkün qədər çox davam etməsini istəyərəm”.

Qeyd edək ki, Cerrad 1998–2015-ci illərdə “Liverpul”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right