“Napoli”nin futbolçusu Fabian Ruis qışda komandadan ayrıla bilər.
Newsport.az-ın məlumatına görə, klub 24 yaşlı yarımmüdafiəçi üçün təklifləri dəyərləndirməyə hazırdır.
Neapol klubu komandada kifayət qədər oyun şansı qazanmayan futbolçunun təzminat məbləğini də müəyyənləşdirib. “Napoli” Ruisi 50 milyon avroya satmağı planlaşdırır.
İspaniyalı futbolçu “Barselona” və “Real”ın maraq dairəsindədir.
“Napoli” ilə müqaviləsi 2023-cü ilin yazına qədər nəzərdə tutulan Ruis, cari mövsümdə iştirak etdiyi 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.