Koşta “Atletiko”dan ayrılır?

“Atletiko”nun hücumçusu Dieqo Koşta gələcək karyerası ilə bağlı qərarını verib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu Madrid klubundan ayrılmağa qərar verib.

O, cari mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyi düşünmür. Forvard qış transfer pəncərəsi dövründə istədiyi klubla danışıqlar apara və yayda azad agent olaraq “Atletiko”dan ayrıla bilər.

Dieqo 2018-ci ilin yanvarından “Atletiko”nun formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right