"O, dünyanın ən yaxşı qapıçılarından biridir" - Messi

"Barselona"nın kapitanı Lionel Messi "Atletiko"nun qapıçısı Yan Oblakı tərifləyib.

Newsport.az-ın məlumatına görə, o, sloveniyalı qolkiperin dünyanın ən yaxşı qapıçılarından biri olduğunu deyib:

"Onunla meydanda görüşməyimiz çox xoşdur. Ən yaxşılarla rəqabət etmək həmişə yaxşıdır, hər matçda qol vurmağa həvəsləndirir.Oblakla küçədə və futbol meydançasında görüşmək məni sevindirir. Həyəcanverici bir mühit yaradır".

Qeyd edək ki, Oblak bu mövsüm 13 matçda 5 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right