FİFA iki dünya çempionatını ləğv etdi

2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə FİFA-nın saytı məlumat yayıb. Bu qərarı dünyanın ali futbol qurumu koronavirus səbəbindən  verib.

Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada keçirilməli idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.

Qeyd edək ki, U-17 yığmaları arasında son çempion Braziliyadır. Ukrayna isə U-20-də son çempiondur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right