“Tottenhem”də Beyl şoku

“Tottenhem”in futbolçusu Qaret Beyl zədələnib.
 
Newsport.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib. 
 
Uelsli hücumçu İngiltərə Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Stok Siti”yə qarşı keçirilən oyunda zədələnərək, 46-cı dəqiqədə Son Hın Minlə əvəzlənib.
 
Qaret Beylin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
“Tottenhem” “Stok Siti”ni məğlub edərək (3:1) yarımfinala yüksəlib. Londonlular bu mərhələdə “Brentford”la qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right