“Tottenhem”in futbolçusu saxlanıldı

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Denni Rouz Northempton polisi tərəfindən saxlanılıb.
 
Newsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi dekabrın 23-də axşam saatlarında avtomobillə qəza törədib və nəticədə maşını səkiyə çırpılıb.
 
İngilis futbolçu xəsarət almayıb, lakin avtomobilinə ziyan dəyib. Polis onu təhlükəli manevrlər etməkdə günahlandırıb.
 
Əlavə araşdırmanın aparılması üçün futbolçu polis bölməsində nəzarətdə saxlanılıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right